9 ayda məhsul istehsalına 6 milyarddan çox investisiya yatırılıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda əsas kapitala 12 milyard 711,1 milyon manat və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 3,9 % az investisiya yönəldilib.
Valyuta.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, son 1 ildə neft-qaz sektoruna investisiyalar 8,4 %, qeyri neft-qaz sektoruna investisiyalar isə 1,6 % azalıb.
9 ay ərzində istifadə olunmuş investisiyanın 6 milyard 302 milyon manatı və yaxud 49,6 %-i məhsul istehsalı sahələrinə, 4 milyard 743,8 milyon manatı və yaxud 37,3 %-i xidmət sahələrinə, 1 milyard 665,3 milyon manatı və yaxud 13,1 %-i isə yaşayış evlərinin tikintisinə sərf olunub.
Hesabat dövründə əsas kapitala yönəldilmiş investisiyaların 10 milyard 578,7 milyon manatını və yaxud 83,2 %-ni daxili investisiyalar təşkil edib, 9 milyard 193 milyon manatı və yaxud 72,3 %-i bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay