Statistika
01.10.2024 / 11:54
Bakı əhalisi marketlərdə 21 milyard manatdan çox pul xərcləyib
56562
Cari ilin yanvar-avqust aylarında Bakıda ticarət dövriyyəsinin həcmi 21 milyard 521 milyon manat olub.
Valyuta.az Bakı Şəhər Statistika İdarəsinə istinadən xəbər verir ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,0 faiz artıb. Ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4,0 faiz artaraq 11 722,1 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 6,2 faiz artaraq 9798,9 milyon manata bərabər olub.
İstehlak məhsullarının 37,2 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 47,8 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 15,0 faizi isə paytaxtın əmtəə bazarlarında satılıb.
Əvəz Həsənov
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay