Statistika
29.09.2024 / 11:44
Bu məhsulun xaricə satışından 80 milyon dollar qazanmışıq - Gəlir 88 % artıb
56438
Bu ilin yanvar-avqust aylarında Azərbaycan xarici ölkələrə 361 min 643 ton miqdarında azot gübrəsi satıb.
Valyuta.az rəsmi mənbələrə istinadən xəbər verir ki, bu miqdarda məhsul satışından 78 milyon 653 min ABŞ dolları gəlir əldə olunub. Ötən ilin eyni dövrü ilə müqayisədə azot gübrəsinin xaricə satışı miqdar ifadəsi ilə 199 min 707 ton (123 %), dəyər ifadəsi ilə 36 milyon 808 min ABŞ dolları (88 %) artıb. Ötən ilin ilk 8 ayında Azərbaycan xarici ölkələrə 161 min 936 ton miqdarında, 41 milyon 845 min ABŞ dolları dəyərində azot gübrəsi satıb.
Qeyd edək ki, bu ilin ilk səkkiz ayında ixrac olunan azot gübrəsi ümumi ixracın 0,43 faizini, qeyri-neft sektoru üzrə ixracın 3,61 faizini təşkil edib.
Əvəz Həsənov
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay