Statistika
28.09.2024 / 09:00
Bu məhsulların xaricdən alışı satışını 155 milyon dollar üstələyir - Rəqəmlər
56435
Bu ilin yanvar-avqust aylarında Azərbaycana 180 milyon 755 min ABŞ dolları dəyərində şəkər və şəkərdən hazırlanan qənnadı məmulatları idxal olunub.
Valyuta.az rəsmi mənbələrə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6 milyon 169 min ABŞ dolları və ya 3,5 % çoxdur. 2023-cü ilin ilk 8 ayında bu məbləğ 174 milyon 586 min ABŞ dolları idi.
Hesabat dövründə bu məhsulların ixracının dəyəri 25 milyon 599 min ABŞ dolları olub ki, bu da, illik müqayisədə 8 milyon 118 min ABŞ dolları, yaxud da 46,4 % çoxdur. Ötən ilin müvafiq dövründə bu məbləğ 17 milyon 481 ABŞ dolları olub.
Hesablamalardan da göründüyü kimi bu ilin ilk 8 ayı ərzində bu məhsulların idxalı ixracını 155 milyon 156 min ABŞ dolları üstələyir.
Əvəz Həsənov
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay