Azərbaycana turistlər hansı məqsədlə gəlir? - İstirahətə gələnlər 900 minə yaxınlaşır
Bu ilin yanvar-avqust aylarında turizm məqsədilə Azərbaycana səfər etmiş əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sayı 1 milyon 246 min 805 nəfər olub.
Valyuta.az rəsmi mənbələrə istinadən xəbər verir ki, gələn turistlərin ən çoxu istirahət və əyləncə məqsədi ilə gəlib. Bu məqsədlə Azərbaycana gələn turistlərin sayı 879 min 148 nəfər olub.
Turizm məqsədilə Azərbaycana səfər etmiş əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin səfər məqsədləri aşağıdakı kimidir:
Qohumlara, dostlara baş çəkmək məqsədilə - 188 min 306 nəfər
İşgüzar məqsədilə - 132 min 142 nəfər
Tranzit məqsədilə - 23 min 117 nəfər
Müalicə məqsədilə - 16 min 97 nəfər
Mağazalara baş çəkmək məqsədilə - 3 min 398 nəfər
Dini ziyarət məqsədilə - 2 min 328 nəfər
Digər turizm məqsədilə - 2 min 269 nəfər
Əvəz Həsənov
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay