Statistika
26.09.2024 / 11:34
Bu sahədə işləyənlərin maaşı azalıb, amma yenə də 5 min manatdan çox alırlar
56284
Bu ilin yanvar-iyun aylarında Azərbaycanda mədənçıxarma sənayesi sahəsində çalışan işçilərin orta aylıq nominal əməkhaqqısı 4 min 328 manat olub.
Valyuta.az rəsmi məlumatlara istinadən xəbər verir ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 82,2 manat və ya 1,9 % çoxdur. Bu sahədə, dövlət sektorunda çalışan işçilərin orta aylıq nominal əməkhaqqısı 2 155,1 manat olub ki, bu da, illik müqayisədə 63,4 manat və ya 3 % çoxdur.
Cari ilin birinci yarısında mədənçıxarma sənayesi sahəsinə işləyən qeyri-dövlət sektorunda muzdlu işçilərin orta aylıq nominal əməkhaqqısı 5 min 158,1 manat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0,5 % və ya 26,2 manat azdır.
Əvəz Həsənov
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay