Azərbaycana Niderlanddan 250 min manata heykəl gətirilib
Bu ilin yanvar-iyul aylarında Azərbaycana xarici ölkələrdən 39 ədəd müxtəlif materialdan olan heykəllərin və heykəlciklərin orijinalları gətirilib.
Valyuta.az rəsmi məlumatlara istinadən xəbər verir ki, bu məmulatların alışına 214 min 860 ABŞ dolları vəsait xərclənib. Xaricdən alınan müxtəlif materialdan olan heykəllərin və heykəlciklərin orijinallarının ən bahası Niderlanddan alınıb. Onun qiyməti 148 min 410 ABŞ dolları (252 min 297 manat)olub.
Bundan başqa, Birləşmiş Ərəb Əmirliklərindən 330 dollara (561 manata) bir ədəd, Çindən 12,21 min dollara iki ədəd (biri 10 min 378,5 manata), Gürcüstandan 590 dollara (1 003 manata) bir ədəd, Türkiyədən 800 dollara dörd ədəd (biri 340 manata), İspaniyadan 52 min 520 dollara otuz ədəd (biri 2 min 976 manata) istənilən materialdan olan heykəllərin və heykəlciklərin orijinalları gətirilib.
Bu dövr ərzində Azərbaycan Gürcüstana 590 dollara (1 003 manata) bir ədəd, İsveçrəyə 440 dollara bir ədəd (748 manata), Türkiyəyə 19 min 400 dollara (biri 6 min 596 manata) beş ədəd istənilən materialdan olan heykəllərin və heykəlciklərin orijinallarını satıb.
Əvəz Həsənov
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay