Bakının hansı rayonunda daha çox yeni iş yeri açılıb? - Siyahı
Bu ilin birinci yarısında Bakı şəhərində 36 min 58 yeni iş yeri açılıb.
Valyuta.az rəsmi məlumatlara istinadən xəbər verir ki, bu, bu dövrdə ölkə ərazisində açılan yeni iş yerlərinin 79,4 faizini təşkil edib. Ölkə ərazisində birinci yarımildə 45 min 409 yeni iş yeri açılıb.
Yeni açılmış iş yerlərinin ən böyük hissəsi Nərimanov rayonunun payına düşüb. Rayonda 7 min 207 yeni iş yeri açılıb. İkinci yerdə 5 min 367 yeni iş yeri ilə Nəsimi rayonu, üçüncü yerdə isə 4 min 618 yeni iş yeri ilə Xətai rayonu dayanır.
4. yer - 4 min 575 yeni iş yeri Binəqədi rayonu
5. yer - 4 min 74 yeni iş yeri Yasamal rayonu
6. yer - 3 min 795 yeni iş yeri Səbail rayonu
7. yer - 2 min 80 yeni iş yeri Nizami rayonu
8. yer - 2 min 56 yeni iş yeri Sabunçu rayonu
9. yer - 974 yeni iş yeri Suraxanı rayonu
10. yer - 710 yeni iş yeri Qaradağ rayonu
11. yer - 596 yeni iş yeri Xəzər rayonu
12. yer - 6 yeni iş yeri Pirallahı rayonu
Əvəz Həsənov
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay