Azərbaycanda yol-nəqliyyat hadisələrində ölənlərin sayı azalıb - Son 10 ilin göstəriciləri
Ötən il ərzində Azərbaycanda 1 636 yol-nəqliyyat hadisəsi baş verib.
Valyuta.az Dövlət Statistika Komitəsinin açıqladığı məlumatlara istinadən xəbər verir ki, bu, əvvəlki ilə müqayisədə 32 hadisə, 10 il əvvəlin göstəriciləri ilə müqayisədə isə 999 hadisə azdır. 2022-ci ildə Azərbaycanda baş verən yol-nəqliyyat hadisələrinin sayı 1 688, 2014-cü ildə isə 2 635 olub.
Ötən il ərzində baş verən yol-nəqliyyat hadisələrində həlak olanların sayı 862 nəfər olub ki, bu da, əvvəlki illə müqayisədə 28 nəfər, 10 il əvvəlki ilin göstəriciləri ilə müqayisədə 262 nəfər azdır.
Son on il ərzində Azərbaycanda baş verən yol-nəqliyyat hadisələrinin sayı ilə aşağıdakı cədvəldən tanış ola bilərsiniz:
İllər | Yol-nəqliyyat | |
hadisələrinin sayı | ||
2023 | 1 636 | |
2022 | 1 668 | |
2021 | 1 649 | |
2020 | 1 587 | |
2019 | 1 870 | |
2018 | 1 817 | |
2017 | 1 833 | |
2016 | 2 006 | |
2015 | 2 220 | |
2014 | 2 635 | |
Valyuta.az |
Son on il ərzində Azərbaycanda baş verən yol-nəqliyyat hadisələrində həlak olan insanların sayı ilə aşağıdakı cədvəldən tanış ola bilərsiniz:
İllər | Yol-nəqliyyat hadisələrində | |||
həlak olanların sayı | ||||
2023 | 862 | |||
2022 | 834 | |||
2021 | 706 | |||
2020 | 696 | |||
2019 | 821 | |||
2018 | 722 | |||
2017 | 750 | |||
2016 | 759 | |||
2015 | 894 | |||
2014 | 1 124 | |||
Valyuta.az |
Əvəz Həsənov
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay