Statistika
20.09.2024 / 12:14
Azərbaycanda bir adam hər ay 456 manat pul xərcləyir
55965
Cari ilin yanvar-avqust aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 37,2 milyard manatlıq, o cümlədən 20,6 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 16,6 milyard manatlıq qeyri-ərzaq malları satılıb.
Valyuta.az Dövlət Statistika Komitəsinin açıqladığı məlumatlara istinadən xəbər verir ki, bu dövrdə əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 456,1 manat olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə nominal ifadədə 16 manat çoxdur.
Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla ayda 252,2 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 203,9 manatlıq qeyri-ərzaq malları alır.
Əvəz Həsənov
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay