Statistika
19.09.2024 / 14:10
Azərbaycan meyvə-tərəvəz satışından 350 milyon dollardan çox gəlir əldə edib - Rəqəmlər
55895
Bu ilin yanvar-iyul aylarında Azərbaycanın təzə meyvə ixracının miqdarı 169 min 549 ton, dəyəri isə 206 milyon 176 min ABŞ dolları olub.
Valyuta.az Dövlət Statistika Komitəsinin açıqladığı məlumatlara istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə miqdar ifdəsi ilə 0,5 %, dəyər ifadəsi ilə 7 % azdır.
Bu dövrdə Azərbaycandan xarici ölkələrə 139 min 923 ton miqdarında, 148 milyon 865 min ABŞ dolları dəyərində təzə tərəvəz satılıb ki, bu da, illik müqayisədə müvafiq olaraq 2,3 % az, 7,4 % çoxdur.
Beləliklə, hesabat dövründə Azərbaycan xaricə 309 min 472 ton miqdarında, 355 milyon 42 min ABŞ dolları dəyərində təzə meyvə və tərəvəz ixrac edib.
Əvəz Həsənov
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay