18.09.2024 / 14:01
Bu məhsulun xaricə satışından əldə etdiyimiz gəlir 50 milyon dollara yaxın artıb - Rəqəmlər
55813
Bu ilin yanvar-iyul aylarında Azərbaycan xarici ölkələrə 81 min 662 ton miqdarında pambıq lifi ixrac edib.
Valyuta.az Dövlət Statistika Komitəsinin açıqladığı məlumatlara istinadən xəbər verir ki, bu miqdarda məhsulun ixracından əldə olunan gəlir 126 milyon 32 min ABŞ dolları olub. Pamlıq lifi ixracı ötən ilin eyni dövrü ilə müqayisədə miqdar ifadəsi ilə 38 min 797 ton (90,5 %), dəyər ifadəsi ilə 46 milyon 664 min ABŞ dolları (58,8 %) artıb.
Ötən ilin eyni dövründə Azərbaycan 42 min 865 ton miqdarında, 79 milyon 368 min ABŞ dolları dəyərində pambıq lifi ixrac edib.
Əvəz Həsənov
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay