Azərbaycandan gedən turistlərin sayı 21 % artıb
Bu ilin yanvar-avqust aylarında xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı ötən ilin eyni dövrü ilə müqayisədə 20,6 % artaraq 1 milyon 458,6 min nəfər olub.
Dövlət Statistika Komitəsinin açıqladığı hesabata görə, İrana gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı 36,3 faiz, Rusiya Federasiyasına gedənlərin sayı 16,0 faiz, Gürcüstana gedənlərin sayı 14,9 faiz, Türkiyəyə gedənlərin sayı 14,8 faiz artmışdır. Azərbaycan Respublikası vətəndaşlarının 42,2 faizi Türkiyəyə, 20,5 faizi Rusiya Federasiyasına, 8,7 faizi Gürcüstana, 8,4 faizi İrana, 20,2 faizi digər ölkələrə səfər etmişdir. Gedənlərin 63,9 faizini kişilər, 36,1 faizini qadınlar təşkil etmişdir.
2024-cü ilin yanvar-avqust aylarında xarici ölkələrə səfər edən Azərbaycan Respublikası vətəndaşlarının 69,8 faizi hava, 28,1 faizi dəmir yolu və avtomobil, 2,1 faizi isə dəniz nəqliyyatından istifadə etmişdir.
© Report
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay