Ən çox hansı ölkələrlə ticarət edirik?
Bu ilin yanvar-iyul aylarında Azərbaycanın hüquqi və fiziki şəxsləri dünyanın 169 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 115 ölkəyə məhsul ixrac olunub, 157 ölkədən idxal olunub.
Valyuta.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi (DSK) məlumat yayıb.
Bildirilib ki, 2024-cü ilin yanvar-iyul aylarında ölkənin xarici ticarət dövriyyəsi 26239,4 milyon ABŞ dolları təşkil edib.
Ticarət dövriyyəsinin 15446,2 milyon dollarını və ya 58,9 faizini ölkədən ixrac olunan məhsulların, 10793,2 milyon dollarını (41,1 faizini) isə idxal məhsullarının dəyəri təşkil edib, nəticədə 4653,0 milyon dollar məbləğində müsbət saldo yaranıb.
2023-cü ilin yanvar-iyul ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 3,3 faiz, real ifadədə 5,0 faiz, o cümlədən idxal 3,0 faiz, ixrac isə 6,1 faiz azalıb. 2024-cü ilin yanvar-iyul aylarında qeyri neft-qaz məhsullarının ixracı əvvəlki ilin eyni dövrü ilə müqayisədə faktiki qiymətlərlə 6,6 faiz, real ifadədə 16,3 faiz azalaraq 1874,7 milyon dollar təşkil edib.
Ətraflı
Ölkənin xarici ticarət dövriyyəsinin 23,1 faizi İtaliya, 13,5 faizi Türkiyə, 9,6 faizi Rusiya, 7,3 faizi Çin, 4,3 faizi İsrail, 3,2 faizi Almaniya, 2,7 faizi ABŞ, 2,6 faizi Hindistan, 2,4 faizi Çexiya, 2,2 faizi Avstraliya, hər biri 2,0 faiz olmaqla Xorvatiya və Birləşmiş Krallıq, hər biri 1,5 faiz olmaqla Portuqaliya və Yunanıstan, hər biri 1,3 faiz olmaqla Gürcüstan, Bolqarıstan və İran, 1,2 faizi Rumıniya, hər biri 1,0 faiz olmaqla Ukrayna, Tailand və Türkmənistan, hər biri 0,9 faiz olmaqla Belarus və Koreya, 12,2 faizi isə digər ölkələr ilə aparılmış ticarət əməliyyatlarının payına düşüb.
İxracın 36,8 faizini İtaliyaya, 14,5 faizini Türkiyəyə, 7,0 faizini İsrailə, 4,1 faizini Rusiyaya, 3,7 faizini Çexiyaya, 3,6 faizini Hindistana, 3,4 faizini Xorvatiyaya, hər biri 2,5 faiz olmaqla Portuqaliya və Birləşmiş Krallığa, 2,4 faizini Almaniyaya, 2,3 faizini Yunanıstana, 2,0 faizini Bolqarıstana, 1,9 faizini Gürcüstana, 1,8 faizini Rumıniyaya, 1,5 faizini Tailanda, 1,0 faizini Tunisə, hər biri 0,8 faiz olmaqla Niderland və İndoneziyaya, hər biri 0,7 faiz olmaqla Ukrayna, İspaniya və Serbiyaya, 0,6 faizini ABŞ-a, 4,7 faizini isə digər ölkələrə göndərilən məhsulların dəyəri təşkil edib.
Qeyri neft-qaz məhsulları üzrə ixracın dəyərində Rusiyaya (34,2 faiz), Türkiyəyə (18,9 faiz), Gürcüstana (7,2 faiz), ABŞ-a (5,5 faiz), İsveçrəyə (4,2 faiz), Omana (3,5 faiz), Ukraynaya (3,3 faiz), Türkmənistana (2,8 faiz), Qazaxıstana (2,0 faiz), Almaniyaya (1,7 faiz), Birləşmiş Ərəb Əmirliklərinə (1,4 faiz), Belarusa (1,3 faiz), Niderlanda (1,3 faiz), Qırğızıstana (1,2 faiz), İtaliyaya (1,1 faiz) göndərilmiş malların payı üstünlük təşkil edib.
Ölkəyə idxal olunan məhsulların ümumi dəyərinin 18,2 faizi Çin, 17,8 faizi Rusiya, 12,0 faizi Türkiyə, 5,7 faizi ABŞ, 5,5 faizi Avstraliya, 4,3 faizi Almaniya, 3,1 faizi İran, 2,7 faizi İtaliya, 2,2 faizi Koreya, 2,1 faizi Belarus, hər biri 1,9 faiz olmaqla Türkmənistan və Yaponiya, hər biri 1,5 faiz olmaqla Ukrayna və Kanada, 1,4 faizi Birləşmiş Krallıq, hər biri 1,2 faiz olmaqla Fransa və Hindistan, 1,0 faizi Braziliya, hər biri 0,9 faiz olmaqla Özbəkistan və Qazaxıstan, 0,8 faizi Polşa, hər biri 0,7 faiz olmaqla İspaniya və Vyetnam, 10,8 faizi isə digər ölkələr ilə aparılan idxal əməliyyatlarının payına düşüb.
2024-cü ilin yanvar-iyul aylarında əvvəlki ilin eyni dövrü ilə müqayisədə mühüm məhsul növlərindən şəkər ixracı 24,2 faiz, tütün – 3,6 dəfə, meyvə və tərəvəz şirələri – 1,1 faiz, meyvə və tərəvəz konservləri – 19,5 faiz, bitki yağları – 4,2 dəfə, marqarin, qida üçün yararlı digər qarışıqlar – 3,0 dəfə, çay – 5,3 faiz, pambıq lifi – 90,5 faiz, mineral gübrələr – 2,3 dəfə, bentonit gili – 10,1 faiz artmış, təzə meyvə ixracı isə 0,5 faiz, təzə tərəvəz - 2,3 faiz, kartof – 32,0 faiz, təbii üzüm şərabları və üzüm suslosu – 32,7 faiz, polipropilen – 25,1 faiz, polietilen – 29,6 faiz, elektrik enerjisi – 66,7 faiz, emal olunmamış alüminium – 18,8 faiz, sement klinkerləri – 7,5 faiz, qara metallardan çubuqlar – 28,3 faiz, pambıq ipliyi – 16,7 faiz, qara metallardan borular – 40,4 faiz azalmışdır. 2023-cü ilin yanvar-iyul ayları ilə müqayisədə 2024-cü ilin yanvar-iyul aylarında təzə meyvə idxalı 32,4 faiz, xam şəkər – 4,0 faiz, bitki yağları – 38,0 faiz, kərə yağı, digər süd yağları və pastaları – 64,7 faiz, unlu qənnadı məmulatları – 14,2 faiz, şokolad və şokolad məhsulları – 17,9 faiz, çay – 15,5 faiz, quş əti və onun əlavə məhsulları – 17,9 faiz, mal əti – 86,7 faiz, təzə tərəvəz – 68,2 faiz, qara metallardan borular – 18,2 faiz, hesablama maşınları, blok və qurğuları – 18,1 faiz, yük avtomobilləri – 26,0 faiz, məişət kondisionerləri – 45,7 faiz, sintetik yuyucu vasitələr – 2,1 faiz, mebellər – 52,4 faiz, qara metallardan çubuqlar – 45,5 faiz, mineral gübrələr – 47,9 faiz, paltaryuyan maşınlar – 6,7 faiz, polipropilen – 29,7 faiz, qara metallardan künclüklər – 1,2 faiz, avtobuslar – 62,5 faiz, sement – 7,5 faiz artmış, buğda idxalı isə 20,3 faiz, kartof – 4,5 faiz, siqaretlər – 71,1 faiz, minik avtomobilləri – 12,6 faiz, dərman vasitələri – 27,6 faiz, polad prokatı – 8,2 faiz, rezin şinlər – 13,2 faiz, polietilen – 7,8 faiz, məişət soyuducuları – 2,4 faiz azalıb.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay