BAKU Azərbaycan
17.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8912
  • 1 Rusiya rublu
    0.0186
  • 1 Türkiyə lirəsi
    0.05
  • 1 İngiltərə funt sterlinqi
    2.2448
55390

Cari ilin avqust ayında əvvəlki aya nisbətən ayrı-ayrı qida məhsullarından daha çox bahalaşma uzun və yumru düyünün, mal və qoyun ətinin, kolbasa məmulatlarının, kərə və zeytun yağlarının, limonun, əriyin, xiyarın, sarımsağın, soğanın, kartofun qiymətində müşahidə olunub.

Valyuta.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin açıqladığı hesabatda bildirilib.

Qeyd edilib ki, ucuzlaşma isə unun, qarabaşaq yarmasının, yumurtanın, günəbaxan və qarğıdalı yağlarının, almanın, armudun, gavalının, şaftalının, qarpızın, yemişin, balqabağın, şirin bibərin, badımcanın, göy lobyanın, süfrə çuğundurunun qiymətlərində müşahidə olunub.

Digər qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

2024-cü ilin avqust ayında qeyri-qida malları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,1 faiz, yanvar-avqust aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 101,3 faiz təşkil edib. Avqust ayında əvvəlki ayla müqayisədə qeyri-qida mallarından bahalaşma kəsilmiş taxtanın, kərpicin, sementin, zərgərlik məmulatlarının qiymətlərində müşahidə olunub.

Digər qeyri-qida mallarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Bildirilib ki, 2024-cü ilin avqust ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 101,3 faiz, yanvar-avqust aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 103,0 faiz təşkil edib. Avqust ayında əvvəlki ayla müqayisədə əhaliyə göstərilmiş ödənişli xidmətlərdən bahalaşma əsasən xalçaların yuyulması xidmətinin, internet xidmətinin, MDB ölkələri istisna olmaqla hava nəqliyyatı ilə digər ölkələrə beynəlxalq sərnişindaşıma xidmətlərinin, ucuzlaşma isə hava nəqliyyatı ilə MDB ölkələrinə beynəlxalq sərnişindaşıma xidmətlərinin qiymətlərində müşahidə olunmuşdur. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

© APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Almaniya qış üçün Ukraynaya 100 milyon dollarlıq yardım edəcək

Monqolustan Rusiya banklarını ölkədə filiallar açmağa dəvət etdi

Gömrük qaydalarını pozan şirkət cərimələnə bilər

Sumqayıt bələdiyyəsi Hərracların Təşkili Mərkəzinə qarşı

Aİ indiyə qədər Ukraynaya nə qədər pul xərcləyib? - Məbləğ açıqlandı

Manatın məzənnəsi gələn il necə olacaq?

Rusiya Mərkəzi Bankı monetar şərtləri daha da sərtləşdirməyə çağırdı

DSX 70 min manatlıq milli geyim alır

"LIGHT-AB" əmək qanunvericiliyini pozub

"OpenAI" özünü təhlükəli AI-nin buraxılmasından qorumağa qərar verdi

2025-ci ilin dövlət büdcəsi açıqlandı - 40 milyarda çatır

Gələn il üçün Azərbaycan neftinin büdcə qiyməti açıqlandı

Son 10 ildə azərbaycanlılar Türkiyədən 10 min mənzil alıb - İllər üzrə siyahı

Çin Aİ-nin təhqiqatını dəstəklədiyinə görə İtaliyanı investisiyaların kəsilməsi ilə hədələdi

“Samsung”un təmsilçisi bu şirkəti məhkəməyə verdi

Afina daha az turist qəbul edəcək - Rüsum artırıldı

Aİ texnologiyanın maliyyələşdirilməsində problemlərə görə investor klubu yaradır

Elm və Təhsil Nazirliyi 400 min manatlıq dərslik sifariş edəcək

Rusiyadan Aİ-yə LNG idxalı son 5 ayın ən yüksək səviyyəsinə çatıb

Smartfonların şarjı istifadə edilmədən tükənir - Səbəb nədir?

7 rayonun baş həkimləri niyə işdən çıxarılıb? - Rəsmi AÇIQLAMA

Azərbaycanda logistika subsidiyasının ödənilməsinə 2025-ci ildən başlanıla bilər

Məsafədən çalışan komanda ilə daima əlaqədə qalmağın yolları

"FBCO" məhkəmə qarşısında

Dövlət qurumlarında yüksək əməkhaqqı olan sahələr - ADLAR

Dövlət qurumlarında yüksək əməkhaqqı olan sahələr - ADLAR

Paytaxtda məşhur məktəbin direktoru işdən çıxdı

Azərbaycanda fəaliyyət göstərən İraq şirkətlərinin sayı açıqlanıb

Anar Eyvazova yeni vəzifə VERİLDİ

Prezident icra başçısını işdən çıxardı - Yeni təyinatlar

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin