Statistika
11.09.2024 / 09:41
Bakı hotelləri ilin ilk yarısını 43,6 milyon manat qazanıb
55367
Bakı hotelləri bu ilin I yarısında 138 milyon 123,3 min manat xərcə qarşı cəmi 170 milyon 250,9 min manat gəlir əldə edib.
Valyuta.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsininin hesabatında bildirilib.
Bu da gəlirlərin xərclərdən nisbətən çox olması hotellərin 43 milyon 610,1 min manat mənfəət əldə etmələri ilə nəticələnib.
Son bir illə müqayisədə gəlirlər 32 milyon 127,6 min manat və ya 23,3%, xərclər 24 milyon 613,8 min manat və ya 24,1%, mənfəət isə 7 milyon 513,8 min manat və ya 20,8% artıb.
Qeyd edək ki, ötən ilin müvafiq dövründə Bakı hotelləri cəmi 36 milyon 96,3 min manat mənfəət əldə etmişdi. Belə ki, hotellərin əldə etdiyi gəlirlər 138 milyon 123,3 min manat, xərclər isə 102 milyon 27 min manat idi.
© FED.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay