Bu rayonlarda 10 nəfərdən çox işçisi olan market yoxdur
Bu ilin ilk yarısında iri, orta və kiçik sahibkarlıq subyektlərinə məxsus ticarət müəssisələrində pərakəndə ticarət dövriyyəsi 7 milyard 531 milyon 195,6 min manat olub.
Açıqlanan rəsmi məlumatlarda bildirilib ki, pərakəndə ticarət dövriyyəsinin 74,3%-i və ya 5 milyard 594 milyon 506,2 min manatı paytaxt Bakının payına düşüb.
Ən az pərakəndə ticarət dövriyyəsi Ağdərə rayonunda qeydə alınıb. Bu ilin ilk yarısında Ağdərə rayonunda pərakəndə ticarət dövriyyəsi 210,6 min manat olub.
Kəlbəcər, Xocalı, Xızı, Sədərək və Kəngərli rayonlarında isə iri, orta və kiçik sahibkarlıq subyektlərinə məxsus ticarət müəssisələrində pərakəndə ticarət dövriyyəsi olmayıb.
Məlumat üçün bildirək ki, illik gəliri 200 min manatdan 3 milyon manata kimi və 11-50 işçiyə sahib olan kiçik sahibkar, illik gəliri 3 milyon manatdan 30 milyon manata kimi və 51-250 işçiyə sahib olanlar orta sahibkar, illik gəliri 30 milyondan çox və 250-dən çox işçiyə sahib olanlar isə iri sahibkar hesab olunur.
© Yeniavaz.com
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay