Hansı məhsullar ilə özümüzü təmin edə bilmirik? - Siyahı
Azərbaycan taxıla olan ehtiyacının yalnız 70,5%-ni daxili istehsal hesabına təmin edə bilir.
Valyuta.az Yeniavaz.com-a istinadən xəbər verir ki, tələbatı qarşılamq üçün xaricdən ən çox buğda idxal edilir.
Ötən il Azərbaycan buğdaya olan tələbatının yalnız 60,4%-ni yerli istehsal hesabına təmin edib. Bundan başqa arapaya olan tələbatın 95,8%-i, qarğıdalıya olan tələbatın 79,7%-i, vələmirə olan tələbatın isə 81,6%-i yerli istehsal hesabına təmin olunur.
Məlumat üçün onu da bildirək ki, paxlalılar və kartof istisna olmaqla digər bitkiçilik məhsullarına olan tələbatı yerli istehsal hesabına təmin etmək mümkündür. Belə ki, Azərbaycan paxlalılara olan tələbatın 62,8%-ni, kartofa olan tələbatın isə 89,8%-ni yerli istehsal hesabına təmin edib.
Tərəvəzlər, pomidor, bostan məhsulları, meyvə və giləmeyvə, qoz və fındıq kimi bitkiçilik məhsullarının istehsalı daxili tələbatı tamamilə ödüyür və eyni zamanda da bu məhsulların müəyyən bir hissəsi xaricə ixrac olunur.
Bitkiçilik məhsullarından fərqli olaraq Azərbaycanda yumurta istisna olmaqla heyvandarlıq məhsullarına olan tələbatı yerli istehsal hesabına təmin etmək mümkün deyil. Ötən il Azərbaycanda mal ətinə olan tələbatın 88,4%-i yerli istehsal hesabına təmin olunub. Bu göstərici qoyun və keçi ətində 94,9%, donuz ətində 4,7%, quş ətində 81,7%, süd və süd məhsullarında 84%, balıq və balıq məhsullarında 75,4% təşkil edib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay