Dünyanın ən çox duz istehsal edən ölkələri - TOP 10
Ucuz məhsul olsa da, dünyanın bir çox sənayesinin asılı olduğu məhsullardan biri də duzdur. Bir çox insanlar duzun qida, əczaçılıq və kimya kimi həyati əhəmiyyətli sənayelər də daxil olmaqla bir çox məhsulların istehsalında mühüm xammal olduğunu dərk etmir. Duz istehsal zəncirinin başlanğıcında mühüm xammal olmaqla yanaşı, həm də ən ucuz materiallardan biridir. Bununla belə, qlobal duz bazarı milyardlarla dolları keçib və artan sürətlə böyüməyə davam edir.
Valyuta.az xəbər verir ki, ABŞ Geoloji Tədqiqat Xidmətinin hesablamalarına görə, qlobal duz bazarı 2022-ci ildə 32,6 milyard dollar dəyərində qiymətləndirilib, 2023-cü ildə 34,1 milyard dollara yüksəlib və 2030-cu ilə qədər 48,6 milyard dollara çatacağı gözlənilir. İllik mürəkkəb artım tempinin yüzdə 5,2 milyard dollara çatacağı gözlənilir.
“Vizual Kapitalist” saytına görə, Çin dünyanın ən böyük duz istehsal edən ölkələri siyahısına başçılıq edir və qlobal istehsalın təxminən 20%-ni təşkil edir.
Çin 2023-cü ilə qədər ümumi istehsal həcmi 53 milyon ton olmaqla dünyanın ən böyük duz istehsal edən ölkələri arasında birinci yerdədir.
Dünyada ən çox duz istehsal edən ölkələr ilə aşağıdakı cədvəldən tanış ola bilərsiniz:
Ölkələr | Milyon ton | ||
1 | Çin | 53 | |
2 | ABŞ | 42 | |
3 | Hindistan | 30 | |
4 | Almaniya | 15 | |
5 | Avstraliya | 14 | |
6 | Kanada | 12 | |
7 | Çili | 9,2 | |
8 | Meksika və Türkiyə | 9 | |
9 | Rusiya | 7 | |
10 | Braziliya | 6,6 | |
Valyuta.az |
Əvəz Həsənov
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay