Özəl məktəblərdə şagirdlərin sayı sürətlə artır - RƏQƏMLƏR
Azərbaycanda özəl orta ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin sayında sürətli artım müşahidə edilir.
Valyuta.az xəbər verir ki, 2022-ci ildə özəl məktəblərdə 20 135 şagird təhsil aldığı halda, 2023-cü ildə təhsilalanların sayı 23 484-ə çatıb. Bir ildə şagird sayında 16,6 faiz artım qeydə alınıb.
Şagird sayındakı artım sürətinin böyük olması əvvəlki illərlə müqayisədə daha aydın görünür. Özəl məktəblərdə 2010-cu ildə 6 441 şagird təhsil alırdı. 2015-ci ildə şagirdlərin sayı 8 348-ə, 2020-ci ildə isə 20 135-ə çatdı. 2010-2023-cü illərdə özəl məktəblərdə şagird sayı 3,65 dəfə artıb.
Müqayisə üçün bildirək ki, bu dövrdə dövlət məktəblərində şagirdlərin sayı cəmi 27,5 faiz artıb. Özəl məktəblərdə şagirdlərin sayı sürətlə artsa da bu məktəblərin sayında ciddi artım yoxdur. Hazırda 34 özəl məktəb var, onların sayı son 13 ildə cəmi 7 ədəd artıb.
Özəl məktəblərdə, əsasən, şagird və müəllim sayında artım müşahidə edilir.
© Sfera.az
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay