Statistika
28.08.2024 / 11:50
Bir ildə qoyun ətinin qiymətində artım - Rəqəmlər
54521
Bu ilin iyul ayında Azərbaycanda pərakəndə ticarət mərkəzlərində satılan yerli istehsal sümüklü qoyun ətinin bir kiloqramının orta qiyməti 16,76 manat olub.
Valyuta.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni ayı ilə müqayisədə 1,6 manat bahalaşıb. Belə ki, ötən ilin iyul aylarında yerli istehsal sümüklü qoyun ətinin bir kiloqramının orta qiyməti 15,16 manat təşkil edib.
Cari ilin iyul aylarında Azərbaycanda pərakəndə ticarət mərkəzlərində satılan yerli istehsal tikə mal ətinin bir kiloqramının orta qiyməti 16,65 olub ki, bu da, illik müqayisədə 38 qəpik bahadır. 2023-cü ilin eyni ayında bu ətin qiyməti 16,27 manat idi.
Əvəz Həsənov
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay