Statistika
27.08.2024 / 14:29
Azərbaycanda istehsal olunan arağın marketlərdə satış qiymətləri
54460
Bu ilin yanvar-iyul aylarında Azərbaycanda 835,1 min dkl araq istehsal edilib.
Valyuta.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 13,9 % çoxdur.
Cari ilin iyul ayında Azərbaycanda marketlərdə satılan yerli istehsal araqın bir litr üçün orta qiyməti 14,48 manat olub. Bu, ilin yanvar ayı ilə müqayisədə 70 qəpik bahadır. Xaricdən alınan araqların marketlərdə satış qiyməti isə bir litr üçün orta qiyməti 27,36 manat olub ki, bu da ilin birinci ayı ilə müqayisədə 30 qəpik ucuzdur.
Qeyd edək ki, cari ilin avqust ayının 1-i vəziyyətinə ölkədə istehsal olunmuş araq ehtiyatının miqdarı 195 min dkl olub.
Əvəz Həsənov
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay