Statistika
25.08.2024 / 13:27
Azərbaycanın xaricə kartof satışı kəskin azalıb - 10 milyonluq fərq
54297
2024-cü ilin ilk 7 ayında Azərbaycan xarici ölkələrə 48 min 234 ton miqdarında 20 milyon 470 min ABŞ dolları dəyərində kartof satıb.
Valyuta.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə miqdar ifadəsi ilə 22 min 835 ton (32,1 %), dəyər ifadəsi ilə 10 milyon 535 min ABŞ dolları (34 %) azdır. 2023-cü ilin eyni dövründə xaricə kartof satışının miqdarı 71 min 69 ton, dəyəri isə 31 milyon 5 min ABŞ dolları olub.
Hesabat dövründə xaricə satılan kartofun bir tonunun orta qiyməti 424,4 ABŞ dolları (721,5 manat) olub.
Qeyd edək ki, hesabat dövründə ixrac olunan kartof ümumi ixracın 0,13 faizini, qeyri-neft sektoru üzrə ixracın 1,09 faizini təşkil edib.
Əvəz Həsənov
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay