Sürətlə artan kirayə mənzil QİYMƏTLƏRİ: Bahalaşmanın əsas səbəbi nədir?
Azərbaycanda mənzillərin kirayə qiymətində artım 2024-cü ildə də davam edib.
Sfera.az Dövlət Statistika Komitəsinin məlumatlarına istinadən xəbər verir ki, kirayə qiymətləri bu ilin avqustun 1-də ötən ilin eyni dövrünə nisbətən 8,8 faiz yüksəlib.
Azərbaycanda artıq bir neçə ildir ki, kirayə qiymətləri sürətlə artır. Mənzillərin kirayə xidmətinin dəyəri hər il təxminən 5-15 faiz intervalında yüksəlir.
Azərbaycanda kirayə qiymətlərində sürətli artımın 2 əsas səbəbi var:
Birinci səbəb Bakıda köhnə yaşayış binaların sökülərək yerində yeni yaşayış binalarının inşa edilməsidir. Bu işlər çərçivəsində yeni yaşayış binaları inşa edilənə qədər sakinlərə başqa mənzillərdə yaşaması üçün kirayə haqqı ödənilir. Çoxlu sayda mənzil sahibinin başqa evlərə kirayəyə çıxması kirayə qiymətlərinin artmasına səbəb olur. Bu cür layihələrin hələ bir neçə il davam edəcəyi gözlənilir.
Azərbaycanda kirayə qiymətlərini artıran ikinci səbəb Rusiya-Ukrayna müharibəsidir. 2022-ci ilin fevralında hərbi qarşıdurmanın baş verməsindən sonra Rusiyadan Azərbaycana yaşamaq üçün minlərlə insan gəlib. Həmin insanların əksəriyyəti kirayə mənzillərdə qalır ki, bu da kirayə bazarında qiymətləri artırır.
Hər iki amilin təsiri ilə hələ bir müddət də kirayə qiymətlərinin yüksəlməsi ehtimalı var. Buna görə də gələcəkdə, xüsusən paytaxtda kirayədə qalmaq böyük xərcə çevriləcək.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay