Statistika
22.08.2024 / 12:53
Bakıda orta aylıq əməkhaqqı 100 manata yaxın artıb
54169
2024-cü ilin yanvar-iyun aylarında Bakıda muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 1 268,7 manat təşkil edib.
Valyuta.az Bakı şəhər Statistika İdarəsinə istinadən xəbər verir ki, bu, 2023-cü ilin müvafiq dövrünə nisbətən 7,8 % və ya 91,4 manat çoxdur.
Ötən ilin yanvar-iyun aylarında Bakıda muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 1 177,3 manat təşkil edib.
Qeyd edək ki, bu ilin yanvar-iyun aylarında Azərbaycanda muzdlu işçilərin orta aylıq nominal ötən ilin müvafiq dövrünə nisbətən 8,8 % artaraq 1 002,8 manata çatıb.
Əvəz Həsənov
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay