Bu ölkədən 2 milyon dollarlıq qoyun almışıq - Ölkələr və qiymətlər
Cari ilin yanvar-iyun aylarında Azərbaycana xarici ölkələrdən 37 min 139 baş diri qoyun gətirilib.
Valyuta.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu sayda qoyunların idxalına 2 milyon 959,19 min ABŞ dolları vəsait xərclənib. Bu dövrdə idxal olunan qoyunun bir başının orta gömrük dəyəri 79,7 ABŞ dolları (135,5 manat) olub.
Hesabat dövründə ən çox qoyun Gürcüstandan gətirilib. Belə ki, Gürcüstandan 28 min 959 baş qoyun alınıb. Buna xərclənən vəsait 2 milyon 152,05 min ABŞ dolları olub. Bir baş qoyunun orta gömrük dəyəri 74,3 ABŞ dolları (126,3 manat) olub.
İkinci yerdə Rusiya dayanır. Bu dövrdə Rusiyadan 7 min 680 baş miqdarında 775 min ABŞ dolları dəyərində diri qoyun idxal edilib. İdxal olunan qoyunun bir başı üçün orta qiyməti 100,9 ABŞ dolları (171,5 manat) təşkil edib.
Bu ilin birinci yarısında Qazaxıstandan Azərbaycana 500 baş qoyun gətirilib. Bu sayda qoyunların alışına 32,13 min ABŞ dolları xərclənib. Qazaxıstandan alınan qoyunun bir başı üçün orta gömrük dəyəri isə 64,3 ABŞ dolları (109,3 manat) olub.
Əvəz Həsənov
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay