Xaricdən gətirilən safqanlı cins diri iribuynuzlu ev heyvanlarının həcmi açıqlanıb
Bu ilin yanvar-iyun aylarında Azərbaycana 1245 ədəd 4 milyon 554 min manat dəyərində safqanlı cins diri iribuynuzlu ev heyvanları, düyələr, inəklər idxal edilib.
Valyuta.az bu barədə Statistika Komitəsinə istinadən xəbər verir.
Safqanlı cins diri iribuynuzlu ev heyvanları ABŞ, Almaniya, Avstriya, Belçika, Danimarka, Estoniya, İtaliya, Macarıstan, Niderland, Polşa, və Slovakiyadan gətirilib.
ABŞ-dan 962 min ABŞ dolları dəyərində 249 ədəd, Avstriyadan 1 milyon 333 min ABŞ dolları dəyərində 366 ədəd, Avstriyadan 439 min ABŞ dolları dəyərində 128 ədəd, Belçikadan 35 min ABŞ dolları dəyərində 10 ədəd, Danimarkadan 289 min ABŞ dolları dəyərində 68 ədəd safqanlı cins diri iribuynuzlu ev heyvanları, düyələr, inəklər idxal edilib.
Bununla yanaşı, Estoniyadan 1 milyon 44 min ABŞ dolları dəyərində 295 ədəd, İtaliyadan 31 min ABŞ dolları dəyərində 9 ədəd, Macarıstandan 120 min ABŞ dolları dəyərində 34 ədəd, Niderlanddan 213 min ABŞ dolları dəyərində 61 ədəd, Polşadan 69 min ABŞ dolları dəyərində 20 ədəd, Slovakiyadan 17 min ABŞ dolları dəyərində 5 ədəd diri iribuynuzlu ev heyvanları idxal edilib.
Nara
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay