Statistika
18.08.2024 / 14:34
Ət, süd və yumurta istehsalı artıb - Rəqəmlər
53687
Cari ilin yanvar-iyul aylarında Azərbaycanda diri çəkidə 331,2 min ton ət, 1312,0 min ton süd, 1385,9 milyon ədəd yumurta, 14,2 min ton yun, 239,4 ton barama istehsal oluunb.
Valyuta.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə ət istehsalı 1,3 faiz, süd istehsalı 0,5 faiz, yumurta istehsalı 6,2 faiz artıb, yun istehsalı 1,6 faiz, barama istehsalı 32,9 faiz azalıb.
Məlumata görə, ötən ilin yanvar-iyul ayları ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 0,8 faiz, o cümlədən heyvandarlıq məhsulları istehsalı 1,5 faiz, bitkiçilik məhsulları istehsalı 0,2 faiz artıb.
Əvəz Həsənov
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay