"Fitch Solutions" Azərbaycanda iqtisadi artımla bağlı gözləntilərini açıqlayıb
"Fitch Group"a aid olan "Fitch Solutions” (FS) şirkəti 2024 və 2025-ci illər üzrə real ÜDM-in artım proqnozlarımız ötən rüblə müqayisədə dəyişməz saxlayıb.
Valyuta.az APA-ya istinadən xəbər verir ki, FS Azərbaycanın iqtisadi artım proqnozunu yenidən 2024-cü ildə 2,6% və 2025-ci ildə 2,8% müəyyən edib.
Qeyd edilib ki, ölkənin əsas sənayesi karbohidrogenlə bağlıdır. Ona görə də iqtisadi artım proqnozu ilə bağlı risklər müəyyən edilərkən qlobal karbohidrogen qiymətləri əsas götürülür: "2024-cü ilin ilk beş ayında Azərbaycan iqtisadiyyatı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,2% artıb. Bu artımı bir tərəfdən qlobal enerji qiymətlərinin yüksəlməsi, digər tərəfdən isə inflyasiyanın yavaşlaması ilə əlaqələndirə bilərik. Yaxın Şərqdəki gərginlik təbii qaza tələbin güclü qaldığı bir vaxtda xam neft qiymətlərinə yüksələn təzyiq göstərib. Əsas karbohidrogen istehsalçısı və ixracatçısı kimi bu dinamika Azərbaycan iqtisadiyyatına müsbət təsir göstərəcək".
Bununla belə, "Fitch Solutions” bildirib ki, hökumətin apardığı diversifikasiya səylərinə baxmayaraq, ölkə böyümə üçün enerji sektorundan ciddi şəkildə asılıdır: "Karbohidrogen istehsalı 2016-cı ildən 2023-cü ilə qədər ÜDM-in 45,9%-ni və ümumi ixrac gəlirlərinin 92%-ni təşkil edib".
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay