Azərbaycanda bu il nə qədər təbii qaz hasil edilib?
Bu ilin 7 ay ərzində Azərbaycanda təxminən 29,5 milyard kubmetr təbii qaz hasil edilib.
Valyuta.az Energetika Nazirliyinə istinadən xəbər verir ki, qazın 7,7 milyard kubmetri “Azəri-Çıraq-Günəşlı” yataqları blokundan (AÇG), 16,5 milyard kubmetri “Şahdəniz” yatağından, 0,9 milyard kubmetri Abşerondan, 4,4 milyard kubmetri SOCAR üzrə hasil olunub. Ötən ilin müvafiq dövrünə nisbətən qaz hasilatında təqribən 1,3 milyard kubmetr artım qeydə alınıb.
Bildirilib ki, hesabat dövründə xaricə qaz satışı təxminən 14,7 milyard kubmetr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə təqribən 5,7 faiz çoxdur.
Məlumata görə, cari ilin yanvar-iyul aylarında Türkiyəyə təqribən 5,8 milyard kubmetr, Avropaya təqribən 7,5 milyard kubmetr, Gürcüstana isə 1,4 milyard kubmetr qaz satılıb. Türkiyəyə TANAP-la bu müddətdə 3,3 milyard kubmetr qaz nəql olunub.
Əvəz Həsənov
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay