Statistika
03.08.2024 / 10:26
Xaricə sement satışından 20 milyon dollardan çox qazanmışıq - Rəqəmlər
52967
2024-cü ilin ilk yarısında Azərbaycandan xarici ölkələrə 336 min 151 ton miqdarında hazır və ya klinker formasında sement satıb.
Valyuta.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu miqdarda sementdən əldə olunan gəlir 20 milyon 593 min ABŞ dolları olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə miqdar ifadəsi ilə 35 min 579 ton (9,6 %), dəyər ifadəsi ilə 446 min ABŞ dolları (2,1 %) azdır. Ötən ilin yanvar-iyun aylarında sement ixracının miqdarı 371 min 730 ton, dəyəri isə 21 milyon 39 min ABŞ dolları olub.
Hesabat dövründə ixrac olunan hazır və yak linker formasında olan sement ümumi ixracın 1,19 %-ni təşkil edib.
Əvəz Həsənov
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay