Statistika
31.07.2024 / 12:20
Alma yerli bazarda xaricə satış qiymətindən 88 qəpik bahadır - Rəqəmlər
52761
Bu ilin ilk yarısında Azərbaycandan xarici ölkələrə 34 min 144 ton miqdarında alma satılıb.
Valyuta.az rəsmi məlumatlara istinadən xəbər verir ki, bu ixracdan əldə olunan gəlir 22 milyon 756.51 min ABŞ dolları (38 milyon 686 min manat) olub. Bu dövrdə xaricə satılan almanın bir kiloqramının orta qiyməti 1,13 manat olub.
Cari ilin iyun ayında Azərbaycanda satılan yerli almanın bir kiloqramı üçün orta qiymət 2,01 manat olub. Bu da xaricə satılan qiymətdən 88 qəpik bahadır.
Əvəz Həsənov
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay