Statistika
30.07.2024 / 10:16
Azərbaycanda istehsal olunan kolbasa marketlərdə neçəyə satılır?
52657
Bu ilin yanvar-iyun aylarında Azərbaycanda 14 min 839 ton kolbasa istehsal olunub.
Valyuta.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1 min 337 ton və ya 9,9 % azdır. Ötən ilin eyni dövründə kolbasa istehsalının miqdarı 13 min 502 ton idi.
Bəs Azərbaycanda istehsal olunan kolbasa marketlərdə neçəyə satılır?
2024-cü ilin iyun ayında yerli suda bişmiş kolbasanın orta satış qiyməti bir kiloqram üçün 12,49 manat olub. Bu, cari ilin yanvar ayı ilə müqayisədə 24 qəpik bahadır.
Yerli hisə verilmiş və yarım hisə verilmiş kolbasanın marketlərdə orta satış qiyməti bir kiloqram üçün 14,83 qəpik olub ki, bu da 2024-cü ilin yanvar ayı ilə müqayisədə 31 qəpik bahadır.
Əvəz Həsənov
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay