Xaricdən 569 manata gətirilən soyuducular mağazalarda 940 manata satılır
Bu ilin yanvar-may aylarında Azərbaycana xarici ölkələrdən 15 min 987 ədəd məişət soyuducuları gətirilib.
Valyuta.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 701 ədəd və ya 4,2 % azdır. 2023-cü ilin yanvar-may aylarında xaricdən 16 min 688 ədəd soyuducu gətirilib.
Bu ilin ilk beş ayı ərzində idxal olunan soyuduculara 5 milyon 350,9 min ABŞ dolları vəsait xərclənib ki, bu da illik müqayisədə 785,3 min ABŞ dolları, yaxud da 17,2 % çoxdur. Ötən ilin müvafiq dövründə bu rəqəm 4 milyon 565,6 min ABŞ dolları idi. Bu dövrdə idxal olunan soyuducunun bir ədədinin orta gömrük dəyəri 334,7 ABŞ dolları (569 manat) olub.
Cari ilin iyun ayında isə Azərbaycanda pərakəndə ticarət obyektlərində satılan soyuducuların bir ədədinin orta qiymətləri 940,85 manat olub. Ötən ilin eyni dövründə soyuducuların bir ədədinin orta qiyməti 945,25 manat idi.
Əvəz Həsənov
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay