Statistika
27.07.2024 / 16:48
Xaricə metil spirti satışımız artıb, gəlirimiz azalıb
52520
Bu ilin birinci yarısında Azərbaycandan xarici ölkələrə 231 min 252 ton miqdarında, 45 milyon 855 min ABŞ dolları dəyərində metanol (metil spirti) satılıb.
Valyuta.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə miqdar ifadəsi ilə 19 min 506 ton (9,2 %) çox, dəyər ifadəsi ilə 987 min manat (2,1 %) azdır. 2023-cü ilin yanvar-iyun aylarında Azərbaycan xarici ölkələrə 211 min 746 ton miqdarında, 46 milyon 842 min ABŞ dolları dəyərində metanol (metil spirti) satıb.
Hesabat dövründə xaricə satılmış metanol (metil spirti) ümumi ixracın 0,36 faizini, qeyri-neft sektoru üzrə ixracın 2,87 faizini təşkil edib.
Əvəz Həsənov
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay