Statistika
24.07.2024 / 09:53
Xaricdən dərman alışımız 74 milyon dollardan çox azalıb - Rəqəmlər
52299
Cari ilin birinci yarısında Azərbaycan xarici ölkələrdən 11 min 631 ton miqdarında 248 milyon 59 min ABŞ dolları dəyərində əczaçılıq məhsulları alıb.
Valyuta.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə miqdar ifadəsi ilə 4 min 614 ton (28,4 %), dəyər ifadəsi ilə 74 milyon 712 min ABŞ dolları (23,1 %) azdır. 2023-cü ilin yanvar-iyun aylarında Azərbaycanın əczaçılıq məhsulları idxalının miqdarı 16 min 245 ton, dəyəri 322 milyon 771 min ABŞ dolları olub.
Hesabat dövründə idxal olunan əczaçılıq məhsulları ümumi idxalın 2,8 faizini təşkil edib.
Əvəz Həsənov
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay