Statistika
19.07.2024 / 12:45
Kartof xarici ölkələrə özümüzdən daha ucuz satılır - QİYMƏTLƏR
52057
Cari ilin ilk altı ayında Azərbaycandan xaricə 48 min 234 ton miqdarında, 20 milyon 470 min ABŞ dolları dəyərində kartof satılıb.
Valyuta.az rəsmi məlumatlara istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə miqdar ifadəsi ilə 22 min 794 ton (67,9 %), dəyər ifadəsi ilə 10 milyon 513 min ABŞ dolları (33,9 %) azdır. 2023-cü ilin yanvar-iyun aylarında kartof ixracının miqdarı 71 min 28 ton, dəyəri isə 30 milyon 983 min ABŞ dolları dəyərində olub.
Bu dövrdə xaricə satılan kartofun bir kiloqramının orta gömrük qiyməti 72 qəpik olub ki, bu da illik müqayisədə 2 qəpik ucuzdur. Ötən ilin eyni dövründə bu qiymət 74 olub.
Bu ilin iyun ayında kartofun bir kiloqramının orta aylıq pərakəndə satış qiyməti 90 qəpik olub.
Əvəz Həsənov
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay