Xaricdən gətirilən düyü marketlərdə iki dəfədən çox baha satılır - QİYMƏTLƏR
Bu ilin yanvar-iyun aylarında Azərbaycan xaricdən 39 min 209 ton miqdarında 41 milyon 80 min manat məbləğində düyü alıb.
Valyuta.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə miqdar ifafdəsi ilə 2 min 779 ton (7,6 %), dəyər ifadəsi ilə 8 milyon 574 min ABŞ dolları (26,4 %) çoxdur. 2023-cü ilin eyni dövründə xaricdən alınan düyünün miqdarı 36 min 430 ton, dəyəri isə 32 milyon 506 min ABŞ dolları dəyərində olub.
Bu dövrdə alınan düyünün bir kiloqramının orta gömrük dəyəri 1,78 manat olub ki, bu da, illik müqayisədə 0,27 manat bahadır. Ötən ilin eyni dövründə bu qiymət 1,51 manat olub.
İyun ayında marketlərdə satılan idxal uzun düyünün bir kiloqramının orta satış qiyməti 4,33 manat, idxal yumru düyünün bir kiloqramının orta satış qiyməti 2,91 manat olub.
Əvəz Həsənov
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay