Statistika
17.07.2024 / 09:43
Tikinti materialları istehsalı 35 faizdən çox artıb
51890
Tikinti materiallarının istehsalı sahəsində 2024-сü ilin yanvar-iyun aylarında istehsalın ümumi dəyəri 642,7 milyon manat olub.
Valyuta.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 35,7 faiz çoxdur.
Məlumata görə, bu dövrdə sementdən, betondan kərpiclər və oxşar məmulatların istehsalı 3,1 dəfə, asfalt istehsalı 44,9 faiz, beton istehsalı 32,2 faiz, tikinti gipsinin istehsalı 24,9 faiz, betondan yığma tikinti konstruksiyalarının istehsalı 16,8 faiz, sement istehsalı isə 13,3 faiz artıb.
Əvəz Həsənov
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay