Əhali ayda adambaşına 558 manat xərcləyib
Cari ilin yanvar-iyun aylarında istehlakçıların tələbatlarının ödənilməsi məqsədilə satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 34,1 milyard manat olub.
Valyuta.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2023- cü ilin yanvar-iyun aylarına nisbətən müqayisəli qiymətlərlə 4,1 faiz çoxdur. Qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 2023-cü ilin birinci yarısı ilə müqayisədə 3,9 faiz artaraq 32,8 milyard manata bərabər olub, onun 45,2 faizi fərdi sahibkarların fəaliyyəti sayəsində formalaşıb.
Hesabat dövründə bir istehlakçı orta hesabla ayda 557,9 manat və ya 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə nominal ifadədə 22,4 manat çox vəsait xərcləyib.
Əvəz Həsənov
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay