Statistika
15.07.2024 / 14:09
Azərbaycanda yük və sərnişin daşımalar artıb
51765
Cari ilin birinci yarımilində nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr və fiziki şəxslər tərəfindən 113,2 milyon ton yük və 967,4 milyon sərnişin daşınıb.
Valyuta.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə yük daşınması 4 faiz sərnişin daşınması isə 8,2 faiz artıb.
Yüklərin 57,9 faizi avtomobil, 30,1 faizi boru kəməri, 8,2 faizi dəmir yolu, 3,6 faizi dəniz, 0,2 faizi isə hava nəqliyyatı ilə daşınıb. Sərnişinlərin 87,7 faizi avtomobil, 11,7 faizi metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.
Əvəz Həsənov
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay