Statistika
15.07.2024 / 12:33
Azərbaycanda benzin və dizel istehsalı artıb - CƏDVƏL
51755
Bu ilin yanavar-iyun aylarında Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 2459,4 milyon manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,9% artıb.
Bu barədə Valyuta.az-a Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, hesabat dövründə neft məhsullarının istehsalında ağ neft istehsalı 10,2%, neft bitumu istehsalı 3,3%, avtomobil benzininin istehsalı 2,1% artıb, mazut istehsalı isə 75% azalıb.
Neft məhsullarının istehsalı sahəsində istehsal edilmiş əsas məhsullar:
Məhsul növləri | 2024-cü ilin yanvar-iyun aylarında istehsal edilmişdir | Əvvəlki ilin müvafiq dövrünə nisbətən, faizlə | 01.07.2024-cü il vəziyyətinə hazır məhsul ehtiyatı |
Avtomobil benzini, min ton | 715,3 | 102,1 | 26 |
Ağ neft, min ton | 312,2 | 110,2 | 46 |
Qazoyllar (dizel yanacağı), min ton | 1157,8 | 100,3 | 98,7 |
Mazut, min ton | 1 | 25 | 1 |
Sürtkü yağları, min ton | 32,8 | 104,8 | 6,5 |
Maye qazlar, min ton | 93,7 | 76,7 | 1,9 |
Neft koksu; neft bitumu və neft məhsullarının digər qrupları, min ton | 548,5 | 103,3 | 50,6 |
ondan: | |||
neft bitumu, min ton | 115 | 103,3 | 7,2 |
neft koksu, min ton | 111,1 | 88,5 | 37,8 |
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay