Statistika
14.07.2024 / 09:51
Ekspert Ukrayna əhalisinin 35 milyon nəfərə qədər azalacağını bildirib
51706
“2033-cü ilə qədər Ukrayna əhalisi 35 milyon nəfərə qədər azalacaq.”
Valyuta.az APA-ya istinadən xəbər verir ki, bunu Ukrayna Milli Elmlər Akademiyasının Demoqrafiya və Sosial Tədqiqatlar İnstitutunun direktoru Ella Libanova deyib.
Onun sözlərinə görə 10 ildən də az müddətdə Ukraynanın əhalisi azalacaq və ölkədə 35 milyondan çox insan yaşamayacaq.
O bildirib ki, 1993-cü ilin məlumatlarına görə, o vaxt Ukraynada 51,87 milyondan çox insan yaşayırdı. Ekspertin fikrincə Ukraynada bundan sonra heç vaxt 52 milyon ukraynalı olmayacaq.
O həmçinin əlavə edib ki, əhalinin sayını 30 milyon nəfərdə saxlamaq üçün ölkəyə hər il təxminən 300 min miqrant cəlb edilməlidir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay