Statistika
11.07.2024 / 09:44
Azərbaycan bu məhsulların xaricə satışından 102 milyon dollar gəlir əldə edib
51523
Bu ilin ilk beş ayında Azərbaycandan xarici ölkələrə 424 min 688 ton miqdarında, 102 milyon 272 min ABŞ dolları dəyərində kimya sәnayesi mәhsulları satılıb.
Valyuta.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə miqdar ifadəsi ilə 123 min 753 ton (41,1 %) çox, dəyər ifadəsi ilə 622 min ABŞ dolları azdır. 2023-cü ilin eyni dövründə xaricə satılan bu kimya sәnayesi mәhsullarının miqdarı 300 min 935 ton, dəyəri isə 102 milyon 894 min ABŞ dolları olub.
Qeyd edək ki, hesabat dövründə ixrac olunan kimya sәnayesi mәhsulları ümumi ixracın 0,92 faizini, qeyri-neft sektoru üzrə ixracın 8,11 faizini təşkil edib.
Əvəz Həsənov
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay