Bu il Azərbaycan əhalisi ən çox nəyə pul xərcləyib?
Cari ilin birinci yarımilində pərakəndə ticarət şəbəkəsində istehlakçılara 27 milyard 251,2 milyon manatlıq, o cümlədən 15 milyard 036,4 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 12214,8 milyon manatlıq qeyri-ərzaq malları satılıb.
Valyuta.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu müddətdə əhali ərzaq məhsullarına 13 milyard 776,8 milyon manat xərcləyib. Bu, əhalinin ən çox xərcini təşkil edib.
Bu dövrdə əhali toxuculuq məhsulları, geyim və ayaqqabılara 3 milyard 500,5 milyon manat, avtomobil benzini və dizel yanacağına 1 milyard 557,8 milyon manat, əczaçılıq məhsulları və tibbi ləvazimatlarına 621,2 milyon manat xərcləyib.
Bu ilin birinci yarımilində pərakəndə ticarət şəbəkəsində əhaliyə saılan digər ilə aşağıdakı cədvəldən tanış ola bilərsiniz:
Əvəz Həsənov
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay