Statistika
14.07.2024 / 15:47
Azərbaycana gələn turistlər ən çox hansı xidmətlərdən narazı qalıblar? - Siyahı
51291
Bu ilin yanvar-may aylarında turizm məqəsdiylə Azərbaycana 645 min 372 nəfər əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
Valyuta.az Yeniavaz.com-a istinadən xəbər verir ki, açıqlanan rəsmi məlumatlarda bildirilir ki, ölkəyə gələn turistlərin 78 min 486 nəfəri və ya 12,2%-i göstərilən xidmətləri qənaətbəxş hesab etməyiblər.
Tuistlər ən çox avtobusların xidmətindən narazı qalıblar. 17 min 603 turis hesab edib ki, avtobusla sərnişin daşıma xidməti qənaətbəxş deyil.
Bundan başqa 14 min 302 turist ictimai iaşə xidmətlərindən, 10 min 893 turist taksi xidmətindən, 7 min 12 turist yerləşmə xidmətindən, 4 min 884 turist isə metro xidmətindən narazılıq edib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay