Azərbaycanın dərman istehsalında 2 milyon manatdan çox artım – Rəqəmlər
Bu ilin yanvar-may aylarında Azərbaycanda 10 milyon 500 min manatlıq əczaçılıq məhsulları istehsal olunub.
Valyuta.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2 milyon 400 min manat və ya 29,6 % çoxdur. 2023-cü ilin ilk beş ayında Azərbaycanda 8 milyon 100 min manatlıq əczaçılıq məhsulları istehsal olunub.
Qeyd edək ki, cari ilin ilk beş ayında Azərbaycan xarici ölkələrdən 217 milyon 89 min ABŞ dolları dəyərində əczaçılıq mәhsulları alıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 71 milyon 670 min ABŞ dolları və ya 24,8 % azdır. Ötən ilin müvafiq dövründə bu məbləğ 288 milyon 759 min ABŞ dolları olub.
Bu ilin yanvar-may aylarında idxal olunan əczaçılıq məhsulları ümumi idxalın 2,97 faizini təşkil edib.
Əvəz Həsənov
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay