Statistika
26.06.2024 / 22:40
Ötən il ərzində Azərbaycanda ovlanmış və tutulmuş balığın miqdarı 70 min tona yaxın olub
50584
2023-cü ildə Azərbaycanda 66 min 452 ton miqdarında balıq tutulub və ovlanıb.
Valyuta.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bunun ən böyük hissəsini fiziki şəxslər tərəfindən ovlanmış balıqlar tutub. Belə ki, ötən il fiziki şəxslər tərəfindən ovlanmış balığın miqdarı 62 min 534 ton olub.
Bundan başqa, göl və nohur balıqçılığı ilə məşğul olan təsərrüfatlar tərəfindən tutulmuş balığın miqdarı 321 ton, kvota üzrə ovlanmış balığın miqdarı isə 3 min 597 ton miqdarında olub.
Qeyd edək ki, ötən il ərzində ovlanmış və tutulmuş balığın miqdarı əvvəlki illə müqayisədə 6 min 549 ton və ya 10,9% çox olub. 2022-ci ildə Azərbaycanda ovlanmış və tutulmuş balığın miqdarı 59 min 903 ton olub.
Əvəz Həsənov
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay