Xaricdən gətirilən kondisionerlər ucuzlaşsa da, mağazalar qiymətləri qaldırıb
Bu ilin ilk 4 ayı ərzində Azərbaycana xarici ölkələrdən 95 min 959 ədəd kondisioner idxal olunub.
Yeniavaz.com-un açıqlanan rəsmi məlumatlara istinadən apardığı hesablama göstərir ki, ötən ilin eyni dövrü ilə müqayisədə kondisioner idxalı kəskin artıb.
Belə ki, 2023-cü ilin ilk 4 ayında ölkəyə 38 min 273 ədəd kondisioner gətirilib.
Qeyd edək ki, ölkəyə gətirilən kondisionerlərin sayı artsa da, onların gömrük dəyəri (ölkəyə daxil olma qiyməti) aşağı düşüb. Əgər, 2023-cü ildə idxal olunan bir ədəd kondisionerin orta gömrük dəyəri 562 manat (330 dollar) olubsa, bu məbləğ cari ildə 24% ucuzlaşaraq 428 manata (252 dollar) enib.
Onu da bildirək ki, kondisionerlərin böyük əksəriyyəti – 95%-i və ya 91 min 160 ədədi Çindən gətirilib. Çindən gətirilən bir ədəd kondisionerin orta gömrük dəyəri 421 manat (248 dollar) olub.
Bundan başqa 2 min 812 ədəd kondisioner Tailanddan, 1 618 ədəd kondisioner isə Özbəkistandan idxal edilib. Tailanddan gətirilən bir ədəd kondisionerin orta gömrük dəyəri 494 manat (290 dollar), Özbəkistandan gətirilən bir ədəd kondisionerin orta gömrük dəyəri isə 419 manat (247 dollar) olub.
Bu ilin ilk 4 ayı ərzində Türkiyədən 235 kondisioner gətirilib və bir ədədinin orta gömrük dəyəri 1 240 manat (730 dollar) olub.
Məlumat üçün onu da bildirək ki, ölkəyə gətirilən bir ədəd kondisionerin orta gömrük dəyəri 428 manat olsa da, pərakəndə ticarət müəssisələrində satılan kondisionerlərin bir ədədinin orta qiyməti 980 manat olub. Ötən ilin eyni dövrü ilə müqayisədə kondisionerin qiyməti 2,1% bahalanıb. Belə ki, 2023-cü ilin ilk yarısında kondisionerin bir ədədinin orta satış qiyməti 960 manat olub.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay