Statistika
24.06.2024 / 11:03
Xaricdən aldığımız düyünün qiyməti bahalaşıb – Qiymətlər
50488
Bu ilin yanvar-aprel aylarında Azərbaycan xaricdən 32 min 586 ton miqdarında 33 milyon 877 min ABŞ dolları dəyərində düyü alıb.
Valyuta.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə miqdar ifadəsi ilə 598 ton (1,8%) az, dəyər ifadəsi ilə 4 milyon 109 min ABŞ dolları (13,8 %) çoxdur.
Hesabat dövründə xaricdən alınan düyünün bir kiloqramı üçün orta gömrük dəyəri 1,04 ABŞ dolları (1,77 manat) olub ki, bu da illik müqayisədə 0,14 ABŞ dolları (0,24 manat) bahadır. Ötən ilin eyni dövründə bu qiymət 0,90 ABŞ dolları (1,53 manat) olub.
Qeyd edək ki, bu dövrdə idxal olunan düyü ümumi idxalın 0,46 faizini təşkil edib.
Əvəz Həsənov
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay